Bakıda «KamAZ» iki piyadanı vurub
04.05.2016 945 0.0 0

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Hadisə Xocahəsən yolunda qeydə alınıb.Məlumata görə,  "KamAZ" markalı su maşını yolu keçmək istəyən iki piyadanı vurub. Ağır xəsarətlər alan piyadalar  Elmixan Qədimov və Xanmusa İsmayılov hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.
 
52 yaşlı Xanmusa İsmayılov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralı Elmixan Qədimovun vəziyyətini həkimlər orta ağır kimi qiymətləndirir.
 
Hadisəni törətməkdə şübhəli bilinən sürücü polis tərəfindən saxlanılıb. "KamAZ" cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar cinayət məcəlləsinin 263.2  maddəsi ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) cinayət işi başlanıb.
 
Qəzanın baş vermə səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar