Bakıda itkin düşdüyü bildirilən polis əməkdaşı işdən çıxarılıb
07.02.2017 1033 0.0 0

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİDYPİ) Növbətçi Hissəsinin sürücüsü, polis serjantı Əliş Kərimov vəzifəsindən azad edilib.

Qazeta.info bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq BŞBPİDYPİ-dən məlumat verilib.

Məlumata görə, Ə.Kərimovdan izahat alınıb, xidməti yoxlama aparılıb.

O, vəzifə borcunu yerinə yetirərkən işinə qarşı laqeyd münasibət bəslədiyinə görə polis sıralarından xaric edilib.

Qeyd edək ki, fevralın 2-dən 3-nə keçən gecə Ə.Kərimov ona təhkim olunmuş "90-YP-460" dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobili küçədə saxlayaraq ərazidən uzaqlaşıb. Avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsusdur. Ə.Kərimov Növbətçi Hissə rəisi, polis mayoru İlqar İbrahimovun sürücüsü işləyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar