Bakıda it üstündə adam öldürən şəxsə hökm oxunub
30.12.2015 617 0
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məlumata görə, məhkəmənin hökmü ilə E. Çobanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, yanvarın 6-da "Sahil" bağında Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər