Bakıda illik inflyasiya səngiyib
04.07.2017 638 0
Bu ilin yanvar-may ayları ərzində Bakıda istehlak məhsullarının və xidmətlərin qiymətləri yanvar-may aylarına nisbətən eyni səviyyədə qalıb.
Bakı Şəhəri Statistika İdarəsindən verilən məlumata görə, bu müddət ərzində ərzaq məhsullarının qiymətləri 1,1%, xidmətlər üzrə qiymətlər 1,3% artıb.
Qeyri-ərzaq məhsullarının qiymətləri dəyişməyib.
Qeyd edək ki, yanvar-aprel ayları ərzində paytaxtda istehlak məhsullarının və xidmətlərin qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,7%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2%, xidmətlər üzrə qiymətlər 0,4% artıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər