Bakıda iki uşaq anası doğuşdan sonra ölüb-FOTO
10.02.2016 561 0
Beyləqan rayon Nil qəsəbəsi sakini, 1986-cı il təvəllüdlü iki uşaq anası Xanəliyeva Elnurə Elman qızı doğuşdan sonra ölüb.
Qazeta.info bildirir ki, xəstənin yaxınlarının APA-ya verdiyi xəbərə görə, qripə yoluxmuş 8 aylıq hamilə qadın bir necə gün öncə Sabunçu xəstəxanasına gətirilib. Həkimlər xəstəni müayinə ediblər və qeysəriyyə əməliyyatı olunmasını qərara alıblar.
Qeysəriyyə əməliyyatından sonra uşaq sağ qalsa da, süni nəfəs aparatına qoşulan ana iki gün sonra keçinib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər