Bakıda idmançı qadını avtomobillə vuraraq öldürən sürücü tutulub
29.06.2017 821 0.0 0

Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu idmançı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

 

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumatda qeyd olunur ki, iyunun 28-də saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini, 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus BMW markalı, 90 XU 928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

 

Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət  Məcəlləsinin  263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb, müvafiq  ekspertizalar təyin edilib.

 

Cinayəti törətməkdə şübhəli bilinən Ə. Məmmədov tutulub.

 

R. Məmmədovanın yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən keçərkən yol hərəkəti qaydalarını pozmuş digər sürücülərin inzibati qaydada məsuliyyətə cəlb olunmaları təmin ediləcək.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, R. Məmmədova dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə Azərbaycan çempionudur.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar