Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib
09.11.2016 816 0.0 0

Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib. 

Məlumata görə, İsrail vətəndaşı, 1948-ci il təvəllüdlü Aleksander Ovsiyevich Nov üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

O, ərizəsində bildirib ki, 2011-ci ilin fevral ayında Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rüstəm Teymurov onu aldadaraq 31 min ABŞ dollarını alıb və indiyədək geri qaytarmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar