Bakıda İŞİD-çı tutuldu
07.11.2015 720 0.0 0

İŞİD terror təşkilatına qoşulmaq üçün Azərbaycandan Suriyaya getmək istəyən şəxs tutuldu.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən məlumata görə, xidməti əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçiirlib. 

Nəticədə “Bakı-İstanbul” aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya Federasiyası (RF) vətəndaşı, Sankt-Peterburq şəhər sakini 30.06.1989-cu il təvəllüdlü Ziyadxanov Əhmədxan İdrisoviç saxlanılıb. 

Araşdırma zamanı Ə.Ziyadxanovun əvvəllər oğurluq və soyğunçuluğa görə 2 il 6 ay RF-də həbsdə olması müəyyən edilib. O, azadlığa çıxdıqdan sonra isə radikal dini qruplaşma üzvləri ilə əlaqəyə girərək İŞİD terror təşkilatına qoşulmaq üçün Azərbaycan və Türkiyə ərazisindən tranzit istifadə etmək niyyətində olub. 

Fakt üzrə araşdirmalar davam etdirilir.

Bənzər hadisə ötən ay da qeydə alınmışdı. Zaqatala rayonunun Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Beyləqan rayonu Birinci Şahsevən kənd sakini, 1990-cı il təvəllüdlü Şirinov Babək Pərviz oğlu saxlanılıb. 
Araşdırma zamanı müəyyən edilib ki, əvvəllər Suriya ərazisində İŞİD silahlı birləşmələrinin tərkibində döyüşmüş B.Şirinovun məqsədi dövlət sərhədini pozaraq Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İŞİD silahlı birləşmələrinə qoşulmaq istəyib. Keçirilmiş əməliyyat-axtarış nəticəsində sərhəd pozucusuna vasitəçilik etmiş Zaqa­ta­la rayonunun Əliabad kənd sakini Şamxalov Əfqan Niyazi oğlu saxlanılıb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar