Bakıda hoteldə 33 yaşlı kişi damarlarını kəsib
24.10.2016 608 0
Bakıdakı hotellərdən birində 33 yaşlı kişi öz qolunu doğrayıb.
Hüquq-mühafizə orqanlarından əldə olunan məlumata görə, hadisə Ağa Nemətulla küçəsində yerləşən dördulduzlu "Premier Expo" hotelində qeydə alınıb.
Hotelin hamam otağında 1983-cü il təvəllüdlü Namiq Əliyev qol damarlarını ülgüclə kəsərək intihar etməyə cəhd göstərib.
Çoxlu qan itirən yaralını otağa gəlmiş xadimə aşkar edib.
O, 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
N.Əliyevin intihara cəhd etməsinin səbəbləri araşdırılır./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər