Bakı şəhər sakini Tamilla Alverdiyevaya məxsus avtomobili qaçırmış şəxslərdən biri tutulmuş, digəri isə müəyyən edilmişdir.
Qazeta.info bildirir ki, mayın 3-də saat 06.00 radələrində H.Əliyev Beynəlxalq Hava Limanının ərazisindən Bakı şəhər sakini Tamilla Alverdiyevaya məxsus “Lexus” markalı avtomobili tanışı, Bakı şəhər sakini Turan Məmmədli tərəfindən qaçırılmışdır.
Avtomobil DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən Binəqədi rayonunun ərazisində hərəkətdə olarkən aşkar edilmiş və Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobildə olan 2 nəfərdən 1-i qaçmış, Bakı şəhər sakini Habil Quliyev isə tutulmuşdur.
H.Quliyev izahatında avtomobildə olan digər şəxsin bacısı oğlu Turan Məmmədli olmasını bildirmişdir.
Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.