Bakıda hamamı soydular
24.08.2015 551 0
Binəqədi rayonu ərazisində yerləşən “Şah” hamamının xəzinəsindən pul oğurlamış şəxslər tutulmuşlar
Qazeta.info Daxili İşlər Nazirliyinin məlumatına əsasən bildirir ki, avqustun 23-də Binəqədi rayonu ərazisində yerləşən “Şah” hamamının xəzinəsindən 1845 manat oğurlanmışdır.
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada işləyənlər - Yevlax rayon sakini Kərimxan Kərimov, Ağdaş rayon sakini Vüsal Əyyublu və Ucar rayon sakini Hüseyn Cəfərzadə tutulmuşlar.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər