Bakıda həkimi döydülər
19.01.2016 562 0
3 saylı Sabunçu Klinik Xəstəxanasında həkim xəstə yaxınları tərəfindən döyülüb.
Qazeta.info “Report” -a istinadla xəbər verir ki, üç-dörd nəfər naməlum şəxs qohumlarının xəstəxanada ölməsinə etiraz edib. Həmin şəxslər daha sonra xəstəxananın həkimi, 50 yaşlı Sevda Hüseynovanı döyüblər.
Naməlum şəxslər daha sonra xəstəxananın qapısının şüşəsini sındırıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsində (PB) araşdırma aparılır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər