Bakı sakinləri “ÖVLADIM ÜÇÜN - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” festivalında bizimlə birlikdə oldular.
Qazeta.info Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) məlumatına əsasən bildirir ki, 14 noyabr tarixində keçirilmiş festival müxtəlif hədiyyəli oyunlar, şoular, rəqslər, sehrbazlıq səhnəsi, musiqili proqram və bir-birindən maraqlı və əyləncəli yarışlarla yadda qaldı. Festival çərçivəsində atalar öz övladları ilə birlikdə həmin yarışmalarda və uşaqların əylənə biləcəyi müxtəlif oyunlarda iştirak edərək hədiyyələr qazandılar.
Festival Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində baş tutub.
Bu qəbildən olan növbəti festivallar Gəncə və Şirvan şəhərlərində keçiriləcək.
Bakıda keçirilmiş festivalın fotolara həkk edilmiş xoş və əyləncəli anlarını təqdim edirik.