Bakıda fəhlə yük maşınının altında qalaraq ölüb
23.06.2016 970 0
Bakıda fəaliyyət göstərən şirkətlərdən birində faciəli hadisə baş verib.
Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə “Azərtrans” MMC-nin ərazisində qeydə alınıb. Neftçala sakini, 1983-cü il təvəllüdlü Nahid Quliyev idarə etdiyi, şirkətə məxsus “QAZ-53” markalı yük maşınını arxaya verərkən orada işləyən fəhlə, 1993-cü il təvəllüdlü Azər Şadman oğlu Kazımov maşının altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər