Bakıda fəhlə faciəvi şəkildə öldü
04.11.2015 553 0
Bakıda iş zamanı ehtiyyatsızlıq fəhəlinin canı bahasına başa gəlib. Məlumata görə, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində fəhlənin “KJDE-16” markalı dəmir yolu kranının trosuna ilişməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
Hadisə yerinə gedən xüsusi riskli silasetmə xidmətnin əməkdaşları dəmiryol elektrik yükqaldırıcı kranın trosları arasında sıxılıan 55 yaşlı Əliyev Tofiq Mirzəbala oğlunun dünyasının dəyişdiyini müəyyən ediblər. Xilasedicilər xüsusi alətlərin köməkliyi ilə mərhumun meyitini kranın yükqaldırıcı oxunun trosları arasından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Dünyasını dəyişən Tofiq Əliyev dəmiryolunda fəhlə işləyirmiş./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər