Bakıda fəhlə binadan yıxılaraq ölüb
10.11.2016 589 0.0 0

Bakıda ikinci mərtbədən yerə yıxılan 67 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, hadisə Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində baş verib.

Orada tikinti aparılan binada fəhlə kimi çalışan 1949-cu il təvəllüdlü Əkbərov Tariyel Bəhrəm oğlu ehtiyatsızlıqdan ikinci mərtəbədən yerə yıxılıb. Ağır xəsarət alan T.Əkbərov xəstəxanaya çatdırılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar