Bakıda dustaq aparan zirehli mikroavtobus məktəb şagirdini vurub
08.12.2016 1082 0.0 0

Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə məxsus dustaq aparan zirehli mikroavtobus məktəb şagirdini vurub.
Məlumata görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar Yaşayış Massivi ərazisində qeydə alınıb.
Belə ki, 255 nömrəli orta məktəbin şagirdi 2008-ci il təvəllüdlü Nəbiyev Tural Faiq oğlu özündən yaşca böyük bacısını gözləmədən avtobusla təkbaşına evə getmək istəyib. T.Nəbiyev yolu keçərkən onu "Mercedes" markalı mikroavtobus vurub. Ağır xəsarət alan yaralı hadisəni törədən sürücünün iş yoldaşlarının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Uşaq əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisəni törədən "Mercedes" markalı zirehli avtomobil Penitensiar Xidmətinə məxsusdur. Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə dustaq aparılırmış./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar