Bakıda dollar yenə bahalaşdı
09.03.2015 1003 0.0 0

Azərbaycanda dolların məzənnəsində bahalaşma qeydə alınıb.

ANS PRESS-in əməkdaşının valyuta dəyişmə məntəqələrində apardığı müşahidədən bu qənaətə gəlmək mümkün olub. 

Belə ki, hazırda valyuta dəyişmə məntəqələrində 1 ABŞ dolarının alışı 1,03, satışı isə 1, 055-dir. Halbuki, bir müddət öncə dolların alışı 0,96-1 AZN, satışı isə 1,03-1,035 arasında dəyişirdi.

Qeyd edək ki, Mərkəzi Bankın son açıqladığı məlumata görə, 1 ABŞ dolları 1.0490-a, 1 avro isə 1.1566-dır. 

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi.

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar