Bakıda doğum evində ana ölümü baş verib
05.07.2017 755 0.0 0

Bakıda 7 saylı doğum evində ana ölümü baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova özəl olaraq bildirib ki, iyulun 4-də Türanə Məmmədova Xroniki Gepoksiya diaqnozu ilə 7 saylı Doğum evinə daxil olub. Həmin gün 12:30 Qeysəriyyə kəsiyi ilə əməliyyat aparılıb və 3 kilo 300 q çəkidə diri oğlan uşağı azad olub. Əməliyyatdan sonra ananın uşaqlığında kəskin qanaxma başlayıb. Bütün lazımi reanimasiya tədbirlər görülüb. Görülən tədbirlərə baxmayaraq zahılıq dövrünün birinci sutkasında T.Məmmədovada bioloji ölüm baş verib.

Meyitin potoloji anatomik müayinəsi təşkil edilib. Hazırda SN Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Nəticələr məlum olandan sonra açıqlama veriləcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar