Bakıda dilənçi əməliyyatı
01.08.2015 646 0.0 0

Paytaxtın dilənçilərdən təmizlənməsi prosesi davam edir. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verilən məlumata görə, Nəsimi rayonu ərazisində dilənçiliklə məşğul olan 14 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində müvafiq tədbir görülüb.

Hüquq mühafizə orqanları ötən aylarda da Bakı şəhərində onlarla dilənçini saxlayıb. Barələrində protokol tərtib edilib və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.

Beləki, aprel Bakıda avara və dilənçiliklə məşğul olan 13 nəfər saxlanılıb. Nəsimi RPİ İctimai Təhlükəsizlik Şöbəsi və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, avara və dilənçiliklə məşğul olan 13 nəfər (3 kişi, 3 qadın və 7 azyaşlı) saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Mart ayında Nərimanov rayon Polis İdarəsi 18-ci Polis bölməsi və Nəsimi rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazilərində avaralıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb. Onlara xəbərdarlıq edilərək buraxılıb. 
Saxlanılanlardan 9-u qadın, 8-i azyaşlı olub.

Dilənçilərə qarşı fevral ayında Bakıda əməliyyat həyata keçirilib. Çevik Polis Alayı və Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 10 nəfər saxlanılıb və xəbərdarlıq edilərək buraxılıblar.

Fevral ayında Bakıda daha 57 nəfər dilənçi saxlanılıb. Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsi, 40-cı PB, Nərimanov RPİ, Çevik Polis Alayı, Nəsimi RPİ, Yasamal RPİ, Post Patrul Xidməti əməkdaşlarının ayrı-ayrılıqda keçirdiyi tədbirlər nəticəsində paytaxt ərazisində avara və dilənçilik həyat tərzi keçirən 57 nəfər (21 qadın, 8 kişi və 28 azyaşlı) müəyyən olunaraq saxlanılıb, barələrində inzibati protokol tərtib olunub.

Sovet vaxtı dilənçilik, avaraçılıq cinayət tərkibli əməl hesab olunurdu. Cinayət Məcəlləsində 215-ci maddə vardı və dilənçilik edəni, avaraçılıqla məşğul olanı bu maddə ilə cinayət məsuliyyətinə cəlb edirdilər. Amma müstəqillik əldən etdikdən sonra Avropa konvensiyalarına qoşulduq və indi Cinayət Məcəlləsində belə maddələr yoxdur.

Konkret cinayət tərkibli əməl olmadığı üçün qaraçıları dilənçilik etdiyinə görə həbs etmək, cəza vermək də mümkün deyil.

Artıq Avropanın ən inkişaf etmiş ölkələrindən biri olan Norveçdə dilənçilik qadağan edilə bilər. Ölkə rəhbərliyi sərt qanunlarla xüsusilə Şərqi Avropadan gələn və dilənçiliklə məşğul olanlara qarşı mübarizə işini tənzimləməyə çalışır. Hazırda hökumət bu sahədə qanun layihəsi üzərində işləyir. 

Layihədə dilənçiliyi qadağan etməklə yanaşı, onlara pul verənlərin də cəzalandırılması nəzərdə tutulub. Bundan əlavə layihə də dilənçiləri ölkəyə gətirən şəxs, təşkilat sahiblərinin də bir iz azadlıqdan məhrum edilməsi gözlənilir. Qanun layihəsinin qısa zaman ərzində qüvvəyə minəcəyi gözlənilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar