Bakıda dəhşətli qətl baş verib. Qardaş öz qardaşını öldürüb.
Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, əslən Tatarıstan respublikasından olan, Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan 1975-ci il təvəllüdlü Ramil Mavilyitoviç Muşarapov aralarında yaranan şəxsi mübahisə zəminində doğma qardaşı, 1981-ci il təvvəlüdlü Renat Mavilyitoviç Muşarapovu bıçaqlayaraq qətlə yetirib.
Qətli törədən Ramil Muşarapov hadisədən sonra polis idarəsinə gedərək könüllü təslim olub.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Ramil Muşarapov bundan əvvəl də bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Həmin cinayət işlərindən biri də, qətl olub. olub.
Oktyabr ayının 5-də də Masallıda qardaş öz qardaşını öldürüb. Rayonun Köhnə Alvadı kəndində, kənd sakini, 1980-ci il təvəllüdlü Rafael Güloğlan oğlu Qasımov aralarında yaranan şəxsi münasibətlər zəminində kiçik qardaşı, 1984-cü il təvəllüdlü Ramil Güloğlan oğlu Qasımovu bıçaqlayıb. Yaralı Ramil Qasımov xəstəxanaya aparılarkən yolda keçinib.
Hadisəyə səbəb kimi öldürülən şəxsin Rafael Qasımova söyüş söyməsi göstərilirdi. Qətl baş verən vaxt qardaşlar sərxoş olub./anspress/