Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil məktəblərində
daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı 2 mərhələli (1-
ci mərhələ ixtisas üzrə test tapşırıqlarının cavablandırılması, 2-ci mərhələ
müsahibə) müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək istəyən müəllimlər 23.04.2015 - 01.05.2015-ci
il tarixlərində məlumata əlavə olunmuş müvafiq ərizə formasını dolduraraq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etməlidirlər.
Yerdəyişmə üçün ərizə verən müəllim təqdim olunmuş vakant yerlərdən
maksimum 3 (üç) yer seçə bilər.
Qazeta.info Bakı Təhsil İdarəsinə istinadla bildirir ki, ərizəyə İşlədiyi
məktəbdə daimi əsaslarla müəllim vəzifəsinə işə qəbul olunması haqqında
əmrdən çıxarış (məktəbin möhürü ilə təsdiq edilməlidir). Əmək
kitabçasının surəti (məktəbin möhürü ilə təsdiq edilməlidir).Şəxsiyyət
vəsiqəsinin surəti və diplomun surəti əlavə olunmalıdır.Ərizə forması və
vakant yerlər haqda aşağıdakı linklər vasitəsilə tanış olmaq olar.
Ərizə forması Vakant yerlər barədə məlumat