Bakıda bu ərazilərdə su olmayacaq
30.11.2017 1000 0
Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Qazta.info “Azərsu” ASC-in mətbuat xidmətinə istinadla bildirir ki, Bakı şəhəri Nizami rayonu ərazisində inşa edilmiş kəmərin mövcud su təchizatı sistemlərinə qoşulması ilə əlaqədar 30 noyabr 2017-ci il tarixində gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Xatırladaq ki, yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər