Bakıda biri-birinə bitişik 2 ev yanıb
29.06.2015 686 0.0 0

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə istinadla bildirir ki, Bakı şəhəri, Binəqədi rayonunda iki mənzildə yanğın hadisəsi baş verib.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan taxta konstruksiyalardan ibarət 5 otaqlı evin  bir otağının yanar konstruksiyaları 40 kv.m və bitişik yerləşən digər vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı evin mətbəxinin pəncərə çərçivəsi 1 kv.m sahədə yanmış, yüksək temperaturdan lambirdən ibarət tavan 10 kv.m sahədə ərimişdir.

Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar