Bakıda bir evdə beş əcnəbinin meyiti aşkarlanıb
02.01.2017 4682 0
Bakıda mənzildə beş nəfərin meyiti aşkarlanıb.
Qazeta.info "Report" -a istinadla xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyinin (FHN) saylı məlumat yayıb.
Məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan Kamerun Respublikasının vətəndaşları olan 5 nəfərin cəsədlərini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 19:12-də başa çatıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər