Bakıda bayram yarmarkalarının sayı artırıldı
08.12.2017 738 0.0 0

Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il münasibətilə bayram yarmarkalarının sayı artırılır.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, həmin yarmarkaların sayı 10-a çatıb: "Yarmarkalar əsasən, Yasamal, Nəsimi, Səbail, Nizami, Nərimanov rayonları ərazisində olacaq. Hazırda 10 yerdə yarmarka çadırları quraşdırılıb. Yaxın günlərdə daha 5 yerdə yarmarka çadırı qurulacaq. Yarmarkalar əsasən, metro stansiyalarının qarşısında qurulur".

Xatırladaq ki, ötən həftə Bakıda 6 bayram yarmarkası fəaliyyətə başlayıb. Həmin yarmarkalar metronun "Elmlər Akademiyası, "28 May", "Nəriman Nərimanov", "Koroğlu", "Neftçilər" və "İnşaatçılar" stansiyalarının qarşısında qurulub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar