Bakıda baş vermiş yol qəzalarında ölən və yaralananların sayı açıqlanıb
14.09.2015 589 0
Bu il yanvarın 1-dən sentyabrın 12-dək Bakı şəhərində baş vermiş yol qəzalarının statistikası açıqlanıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, sentyabrın 12-dək Bakı şəhərində 570 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 158 nəfər ölüb, 636 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
V. Əsədovun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin 47 faizi sürət həddinin aşılması, 50 faizi piyadaların vurulması, 24 faizi yol ayrıclarının keçmə qaydasını pozma, 16 faizi isə təhlükəli manevr etmə nəticəsində baş verib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər