Bakıda baş verən naməlum gurultu barədə AÇIQLAMA
28.03.2016 1628 0.0 0

“Bakının Səbail və Yasamal rayonları ərazisində dünən eşidilən müəmmalı gurultunun zəlzələ ilə bağlılığı yoxdur”. 

Qazeta.info bildirir ki, bu sözləri Modern.az saytına açıqlamasında AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, stansiyada qeyd olunan yazılar zəlzələ yazısı olmayıb.

“Həmin gün biz analiz etdik və birmənalı şəkildə məlum olub ki, zəlzələ baş verməyib. Sadəcə, yerin səthində müşahidə olunan hər hansı hadisə və partlayış olub ki, bunu da aidiyyatı qurumlar araşdırmalıdır. Yəni həmin gurtultunun yerdaxili proseslərə aidiyyatı yoxdur”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Modern.az saytına olayla bağlı hər hansı informasiya olmadığını bildirib:

“Partlayış, yaxud hər hansı bənzər hadisə barədə “qaynar xətt”ə heç bir çağırış  daxil olmayıb. Müraciət daxil olmadığından araşdırma aparılmır. Çünki, araşdırma hər hansı çağırış üzrə başlanılır”.

Qeyd edək ki, martın 27-də saat 12:00 radələrində Bakının Səbail və Yasamal rayonu ərazisində müəmmalı gurultu eşidilib. Həmin səs o qədər güclü olub ki, hətta binaları da titrədib. Həmin səsələ paralel Badamdar qəsəbəsi ərazisində hiss edilən səs və binaların titrəməsi insanlar arasında təlaşa səbəb olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar