Bakıda baş kəsən gənc universitet tələbəsidir
12.11.2015 674 0
Bu gün Bakıda gənc oğlanın əmisi oğlunun başını kəsməsi barədə xəbər vermişdik. Criminal.az xəbər verir ki, dəhşətli qətl bu gün səhər saatlarında Nizami rayonu, Qara Qarayev prospektində törədilmişdi.
Əldə etdiyimiz məlumata görə, 23 yaşlı Elnur Nəsirov əmisi oğlu Elşəni amansızlıqla öldürmüşdü. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilsə də, ətraflı açıqlama verilmir.
Qazeta.info bildirir ki, Criminal.az-a daxil olan məlumata görə, E.Nəsirov Azərbaycan Texniki Universitetinin Sənayenin Təşkili və İdarəolunması fakultəsinin II kurs tələbəsidir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər