Bakıda banka basqın olub
18.01.2018 963 0
“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.
Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.
Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.
Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər