Bakıda bacı və qardaşın başını kəsdilər- anaları isə ağır yaralanıb
02.04.2017 2279 0.0 0

 Bakıda bir ailənin iki üzvü qətlə yetirilib, daha biri isə ağır yaralanıb.

Məlumata görə, hadisə paytaxtın Nəriman Nərimanov rayonunda qeydə alınıb.

Rayonun Montin qəsəbəsində dəmiryolu yaxınlığında yerləşən fərdi yaşayış evinə bir nəfər qətl törətmək məqsədilə (hələlik adı açıqlanmır) 1962-ci il təvəllüdlü Lətafət Qasımovanın boğaz və üz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. O, daha sonra L.Qasımovanın gənc oğul və qızının başını kəsərək meyitlərini öz avtomobilinin yük saxlanılan yerinə qoyub.

Faktla bağlı cinayət işi başlanılıb. Qətl törədən şəxs Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, qətli törədən şəxs L.Qasımovanın qohumudur./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar