Bakıda bəzi marşrut xətləri ləğv olundu
20.05.2015 769 0
Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib ki, 193 və 211 saylı marşrut xətləri bağlanıb. “Həmin avtobuslar yönəldilib 205 və 207 saylı marşrutlara və həmin xətlərdə istifadə olunacaq”, - deyə N. Həsənov bildirib.
Nazirliyin rəsmisi əlavə edib ki, 147, 93, 108 və 134 saylı marşrutlar üzrə hərəkət edən avtobusların son dayanacağı “Azadlıq” metro stansiyasından “Dərnəgül” metro stansiyasına doğru dəyişdirilib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər