Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Martın 3-də saat 01 radələrində Xətai rayonu ərazisində Roman Səmədov idarə etdiyi “Opel” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, barəsində toplanmış material Xətai rayon məhkəməsinə göndərilmişdir.
Cari il fevral ayının 20-də Yasamal rayon ərazisində Səid Həsənov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, barəsində toplanmış material Yasamal rayon məhkəməsinə göndərilmişdir.
Cari il yanvar ayının 23-də paytaxt sakini Qabil Hüseynov idarə etdiyi "Opel" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, barəsində toplanmış material Nizami rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin 13.02.2015-ci il tarixli qərarına əsasən Q.Hüseynov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş və barəsində 15 gün həbs inzibati tənbeh növü tətbiq edilmişdir.