Bakıda avtobus iki qardaşı vurub, onlardan biri ölüb
30.01.2017 731 0
Bakıda 16 gün əvvəl avtomobillə vurulan şəxs ölüb.
Daxili İşlər Nazirliyinin saytına istinadən verilən xəbərə görə, yanvarın 13-də Xətai rayonunun G.Mehmandarov küçəsində Bakı şəhər sakini Şəbəddin Məsumov 40 saylı marşrut xətti üzrə idarə etdiyi "Daevoo" markalı avtobusla yolu keçən paytaxt sakinləri Maşallah Məmmədovu və qardaşı Namiqi vurub. Xəsarət alan N. Məmmədov yanvarın 29-da evində ölüb.
Faktla bağlı araşdırma aparılır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər