Bakıda ata oğlunu bıçaqladı
11.06.2016 575 0
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Binə qəsəbəsi, İlqar Əhmədov 2 ünvanında yaşayan 34 yaşlı Rauf Mehdiyev al-qan içində xəstəxanaya gətirilib.
Qazeta.info APA TV-nin məlumatına əsasən bildirir ki, yaralı dərhal əməliyyat olunub. Həkimlər Rauf Mehdiyevin döş nahiyəsində bir bıçaq xəsarətinin olduğunu bildiriblər.
Araşdırmalar zamanı məlum olub ki, Raufu atası Rafael Mehdiyev bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Rafael Mehdiyev evdə spirtli içki qəbul edərkən oğlu Rauf ona iradını bildirib. Oğlunun iradı atanı əsəbiləşdirib. Yaranan mübahisə zamanı sərxoş Rafael Mehdiyev oğlunu bıçaqlayıb.
Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər