Bakıda aksiya keçirib-6 nəfər həbs edilib
13.06.2015 1230 0
Qarabağ Azadlıq Təşkilatı (QAT) Birinci Avropa Oyunları çərçivəsində digər ölkələrlə yanaşı Ermənistan bayrağının Bakıda qaldırılmasına, erməni idmançılarının bu gün Tiblisi prospektində yerləşən Heydər Əliyev adına Idman Sarayında baş tutacaq yarışlarda ermənilərin çıxışına etiraz olaraq aksiya keçirib.
Qazeta.info QAT-a istinadla bildirir ki, aksiya iştirakçıları " Erməni! Sən idmançı deyilsən! Sən işğalçısan, terrorçusan! Rədd ol! " yazılmış plakatlar qaldırıb, şüarlar səsləndiriblər. Aksiya polis müdaxiləsinə məruz qalıb və QAT-ın 6 üzvü həbs edilib. Başda Akif Nağı olmaqla, Tahir Bayramov, Sevinc Axundova, Nəsib Cəfərov, Cəfər Həşimov, Hüseyn Hüseynov saxlanılaraq 20-ci polis bölməsinə aparılıblar.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər