Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib
01.09.2015 782 0
Sentyabrın 1-də saat 01 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Elman Ağayevin idarə etdiyi həmyerlisi Pərviz Hadıyevə məxsus “Priora” və Sabirabad rayon sakini Ağaqulu Abasovun idarə etdiyi “Man” markalı avtomobillər toqquşmuşdur.
Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, nəticədə E.Ağayev və sərnişinlərindən Rövşən Quliyev hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
P.Hadıyev 14-cü PB-yə ərizə ilə müraciət edərək “Priora” markalı avtomobilinin qaçırılmasını bildirmişdir.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər