Bakıda ağır xəstəliyə dözə bilməyən qadın intihar edib
11.04.2015 852 0
Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Naxçıvanski küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb. Orada yaşayan 45 yaşlı Gülnarə Qəzənfər qızı İbadullayeva yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Polisdən bildirilib ki, G. İbadullayeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Ağrılara dözə bilməyən qadın gecə saatlarında intihar edib.
Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər