Bakıda 7 yeni yerüstü piyada keçidi tikiləcək
01.06.2016 862 0.0 0

Bakıda bir neçə yerdə yeni yerüstü piyada keçidləri inşa olunacaq. Avtonəqliyyat vasitələri və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa ediləcək piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olacaq. 
"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən daxil olan məlumata görə, məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
İlkin olaraq 7 bu cür yerdə keçidlərin inşa olunması üçün hazırlıq işləri görülür. Keçidlər Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 12-ci km-i (Xırdalan qəbirstanlığı yaxınlığında), 27 və 27,8-ci km-i (Ceyranbatan qəsəbəsi), Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i (Sulutəpə qəsəbəsi), Qala-Pirallahı avtomobil yolunun 3,5-ci km-i, Zabrat-Maştağa avtomobil yolunun Sabunçu körpüsündən düşən hissəsi, Həsən Əliyev küçəsinin İqtisad Universitetinin korpusunun qarşısındakı ərazisidir.
Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq yerüstü piyada keçidləri 2 aşırımlı (orta dayaqlı), dəmir-beton konstruksiyalı və üstü bağlı olacaq. Keçidlər fiziki qüsurlu insanların hərəkəti üçün liftlərlə təmin olunacaq.
Xırdalan qəbirstanlığı yaxınlığında, Sulutəpə qəsəbəsində və Qala-Pirallahı avtomobil yolunda inşa olunacaq keçidlər isə 1 aşırımlı (orta dayaqsız), metal konstruksiyalı və üstü açıq olacaq. Fiziki qüsurlu insanların hərəkəti üçün bu keçidlər panduslarla təchiz olunacaq.
Sabunçu körpüsündən Zabrat qəsəbəsinə doğru düşərkən və Həsən Əliyev küçəsində tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri də metal konstruksiyalı olacaq. Keçidlər 2 aşırımlı (orta dayaqlı) və üstü bağlı olacaq. Burda isə fiziki qüsurli insanların hərəkəti üçün xüsusi platformalar (elevator) quraşdırılacaq.
Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulub./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar