Bakıda intihar hadisəsi baş verib.
Məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1938-ci il təvəllüdlü Vəli Orucəli oğlu Vəliyev yaşadığı evdə sirkə turşusu içib. Təcilli olaraq xəstəxanaya çatdırılan V. Vəliyevin həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, V. Vəliyev sirkə turşusunu intihar məqsədi ilə içib.
Faktla bağlı araşdırma aparılır. /apa/
Bildirək ki, Bakıda daha bir intihar hadisəsi baş verib.
Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun İbrahim Xəlil küçəsi 16 ünvanında qeydə alınıb. Orada yaşayan 1993-cü il təvəllüdlü Samid Arif oğlu Şirvanov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.