Bakıda 70 min manatlıq qızıl əşyalarını oğurlayan usta tutuldu
18.11.2016 774 0
Bakıda 70 min manatlıq qızıl əşyalarını oğurlamış Kürdəmir sakini tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 15-də Səbail rayonu ərazisində yaşayan Gülşən Rəfiyeva 9-cu Polis bölməsinə müraciət edərək sentyabrın 12-də evində usta işləyən Kürdəmir rayon sakini Rəşad Ömərov tərəfindən 70.000 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.
Səbail RPİ 9-cu PB əməkdaşları tərəfindən aparılmış araşdırmalarla fakt təsdiqini tapıb və həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Öməriov tutulub./trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər