Bakıda 69 yaşlı qadın özünü şalı ilə asaraq intihar edib
15.07.2017 861 0
Bakıda qoca qadın özünü şalı ilə asaraq intihar edib.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsində yerləşən evlərin birində yaşayan 1948-ci il təvəllüdlü Budaqova Flora İsmayıl qızı özünü başındakı şal ilə yataq otağında asaraq öldürüb. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbləri araşdırılır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər