Bakıda 65 yaşlı kişini taxta ilə döyüb öldürdülər
04.07.2017 750 0
Bakıda qətl hadisəsi baş verib. Məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Rayonun İmran Qasımov küçəsi 7 saylı evə sərxoş vəziyyətdə gələn 1972-ci il təvəllüdlü Həsənov Malik Urman oğlu 1951-ci il təvəllüdlü Səlimov Zakir Hüseyn oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə M.Həsənov taxta parçası ilə Z.Səlimovu döyərək öldürüb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər