Bakıda 64 yaşlı kişi öldürülüb
06.02.2017 742 0
Bakıda qətl törədilib.
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Ağa Nemətulla küçəsində yaşayan 1953-cü il təvəllüdlü Firudin Hüseynovun meyiti yaşadığı evdə tapılıb. O, başından küt alətlə vurularaq öldürülüb.
Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər