Bakıda 45 yaşlı kişi yanaraq ölüb
08.11.2016 711 0.0 0

Bu gün Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 128 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 78 m2 sahədə yanıb.

 

FHN-in saytına istinadən verilən xəbərə görə, yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hümbətov Qalib Səfər oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar