Bakıda 400-dən çox «avtoş» həbs olunub (VİDEO)
08.08.2015 756 0.0 0

Bu ilin əvvəlindən Bakı şəhərində 424 avtoxuliqan həbs olunub.

Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən ANS TV-yə verilən məlumata görə, avtoxuliqanlar barəsində tərtib edilmiş inzibati protokollar artıq məhkəmələrə göndərilib və onlar haqqında həbs qərarı verilib.

Avtoxuliqanlıq maddəsi ilə saxlanılanların yaş həddi 22-31 arasında dəyişir. Bu şəxslərə də artıq hakimlər tərəfindən 5 sutkadan 30 sutkaya qədər həbs cəzası verilib.

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtoxuliqanlıq edənlərin sayı azalıb. Təbii ki, bu da yol polis əməkdaşları tərəfindən keçirilən təsirli tədbirlər, eyni zamanda yol hərəkəti haqqında qanuna edilən əlavə və dəyişikliklərin hesabınadır”, - deyə BŞDYPİ-nin şöbə rəisi Vaqif Əsədov bildirib.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, avtoxuliqanlıq inzibati xəta hesab olunur. Və bu xətaya görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla 400 manatdan 600 manatadək miqdarda cərimə edilir.

Yaxud nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla həmin şəxsə on günədək inzibati həbs tətbiq olunur./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar