Bakıda 39 yaşlı qadın sevgilisi tərəfindən boğularaq öldürülüb
11.02.2016 522 0.0 0

Məlumata üçün bildirək ki, 9-cu mikrorayon, Cavadxan küçəsində  mənzillərdən birində üzərində xəsarətləri olan qadın meyitinin aşkar edilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Araşdırmalar zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən Qədimov Fəhmin Etibar oğlu olması müəyyən edilərək saxlanılıb.

 

F. Qədimov hadisə baş verən mənzili bir müddət əvvəl kirayəyə götürübmüş. O, qətlə yetirilən qadınla qeyri-rəsmi nikah münasibətlərində olub.

 

F. Qədomov polisə verdiyi ilkin ifadəsində qadını elektrik naqili ilə boğduğunu bildirib.

 

 

Faktla bağlı istintaq tərbirləri davam etdirilir./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar