Bakıda 300 minlik obyekti ələ keçirdiyi üçün tutulan qadın ölüb
05.07.2017 1044 0.0 0

Bakıda 300 minlik obyekti ələ keçirməkdə təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrum edilən Ceyran Rüstəmova ölüb. 

Məlumata görə, ağır xəstəlikdən əziyyət çəkən məhkum Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib. 

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu iş üzrə Ceyran Rüstəmova və Reyhan Hüseynovanın hər biri 11 il, Yaşar Rəsulov 9 il 6 ay, Kəmalə Rüstəmova isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Təqsirləndirilən şəxslər faizlə pul vermək adı ilə Gülnarə Şükürova, Səkinə Sadıxova, Bahar Əliyeva və Elşad Babayevi aldadıblar. Verdikləri borc pulun təminatı kimi onların evlərini alqı-satqı yolu ilə öz adlarına keçiriblər. Səkinə Sadıqovanın dəyəri təxminən 300 min manat olan obyekti mənimsənilib. Əvəzində isə ona 100 min manat ipoteka şəklində kredit söz verilib. Bütün sənədlər imzalanıb və ona pulu tez bir zamanda götürəcəyi deyilib. Əslində isə qol çəkilən sənədlər alqı-satqı müqaviləsi olub.

 

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar