Bakıda 27 yaşlı gəncə 7 bıçaq zərbəsi vurulub
01.10.2015 612 0.0 0

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
Məlumata görə, Babək prospekti 78 ünvanında 27 yaşlı Təvəkkül Tanrıverdiyevin tanışı ilə mübahisəsi düşüb. Mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı Təvəkkül Tanrıverdiyev tərəfindən döyüldüyünü görən şəxs əlinin bıçağa atıb. O, Təvəkkülə kürək nahiyyəsindən altı, ayağından isə bir zərbə endirib, daha sonra hadisə yerindən qaçıb. Yaralı tanışları tərəfindən xəstəxanaya aparılıb. T.Tanrıverdiyev dərhal əməliyyat olunub.
 
Xəstəxanadan hadisə barədə ərazi üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə məlumat verilib. Bölmədən hadisəni törədən şəxsin axtarışlarının davam etdiyi bildirilib. Faktla əlaqədar cinayət işi başlanıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar