Bakıda 26 yaşlı qız özünü binanın eyvanından atıb
26.12.2016 916 0
Bakıda 26 yaşlı qız intihar etmək məqsədi ilə özünü binanın 3-cü mərtbəsindən yerə atıb.
Məlumata görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində qeydə alınıb.
Belə ki, ev 21 mənzil 84-də yaşayan 1990-cı il təvəllüdlü Paşayeva Nərminə Firudin qızı özünü 3-cü mərtəbənin eyvanından yerə ataraq intihara cəhd edib. O, ağır bədən xəsarətləri alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər